backend

İrəvan Türkiyə ilə əməkdaşlıqdan danışmağın tez olduğunu düşünür

İrəvan Türkiyə ilə əməkdaşlıqdan danışmağın tez olduğunu düşünür






















“Top türklər tərəfdədir”

Rəsmi İrəvan hesab edir ki, Türkiyə ilə əməkdaşlıqdan danışmaq tezdir.

Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanın sözlərinə görə, Ermənistanın diplomatiyası və xarici siyasəti bütün ölkələrlə əməkdaşlığa yönəlib.

Bu barədə o, dekabrın 12-də Latviya XİN rəhbəri Edqars Rinkevislə birgə mətbuat konfransında bildirib.

“Lakin yalnız buna hazır olanlarla əməkdaşlıq etmək mümkündür”, - deyə, nazir Türkiyə XİN rəhbərinin çağırışı ilə bağlı erməni tərəfinin mövqeyindən danışarkən bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın bir sıra şərtlər qarşılığında regional layihələrə cəlb olunması imkanından danışmışdı.

“Diplomatik əlaqələr qurmaqdan imtina edən, Ermənistanla sərhədləri bağlı saxlayan ölkə ilə əməkdaşlıq etmək mümkündürmü? Yalnız buna hazır olanlarla əməkdaşlıq qurmaq olar.

Türklər təkcə öz bəyanatlarını deyil, beynəlxalq ictimaiyyətin onlara dediklərini də eşitməlidirlər. O isə deyir: top türklər tərəfdədir. Türkiyə Ermənistanın uzatdığı əli qəbul edərsə, o zaman əməkdaşlığı inkişaf etdirmək olar”, - deyə, Nalbandyan vurğulayıb.