backend

İŞİD iki ölkənin neft obyektlərini hədəf seçdi

İŞİD iki ölkənin neft obyektlərini hədəf seçdiİŞİD iki ölkənin neft obyektlərini hədəf seçdi

İŞİD Suriyadan kənardakı neft bölgələrinə hücum edə bilər.

QaynarXett.İnfo xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik ABŞ-ın hazırda bölgədəki situasiyanı diqqətlə izlədiyini bildirib. Vaşinqton həmçinin neft yataqları, kəmərlərə və digər neft emalı obyektlərinə kimin nəzarət etməsini diqqətlə öyrənir. Hazırda əsas hücum təhlükəsi ola biləcək yerlər arasında Liviya və Sinay yarımadası yer alır.

Qeyd edək ki, bundan öncə “Blumberq” agentliyi də gələn ilin 10 pessimist ssenarisi sırasında bu məsələyə də yer ayırıb.