backend

Dəhşətli hesabat: “Dünyada 30 milyon uşaq...”

Dəhşətli hesabat: “Dünyada 30 milyon uşaq...”

Bu il doğulan hər səkkizinci uşaq konflikt zonalarında dünyaya göz açıb.

qaynarxett.az xəbər verir ki, bu barədə məlumat YUNİSEF-in son hesabatında yer alıb. Təşkilat 2015-ci ildə konflikt zonalarında 16,6 milyon uşağın doğulduğunu bildirib. Bu, keçən ilin göstəricisindən 125 min nəfər çoxdur.

Hesabatda həmçinin konflikt zonalarında dünyaya övlad gətirən anaların, eləcədə yeni doğulan körpələrin həddən artıq böyük risklərlə üz-üzə qaldığını bildirilib. Qadınlar bu ərazilərdə doğuşu tibbi yardım olmadan və antisanitar şəraitdə həyata keçiriblər. Yeni doğulan körpələr isə daha çox beş yaşa qədər yaşayırlar.

Bu il ərzində 200 min uşaq Avropa Birliyindən sığınacaq istəyib. Bundan əlavə Yer üzündə 30 milyon uşaq konflikt təhdidi ucbatından öz evlərini tərk etmək məcburiyyətindədir.

Qeyd edək ki, YUNİSEF həmçinin 2016-cı ildə konflikt zonalarında doğulan uşaqların sayının 16,7 milyon nəfər olacağını bildirib.