backend

Bayraq Meydanının sabiq rəisi haqda yeni məlumat...

Bayraq Meydanının sabiq rəisi haqda yeni məlumat...



“Rəşad Məmmədovun həbsinin gerçək səbəbi başqadır”

Bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Qaynağımız iddia edir ki, R.Məmmədova qarşı dələduzluq maddəsi ilə ittiham elan olunsa da, onun həbsinin səbəbi başqadı.

İddiaya görə, R.Məmmədovu tamam başqa bir məsələyə görə həbs ediblər. Onun hazırda həbsdə olan MTN əməkdaşları güdüb və şəxsi həyatı ilə bağlı məlumatlar toplayıblar. Sonradan həmin materiallardan R.Məmmədovun barəsində cinayət işinə başladılmasına razılıq almaq üçün istifadə olunub. Məsələnin gerçək səbəbi redaksiyamıza bəlli olsa da, dərcini etik hesab etmədik.

Qeyd edək ki, R.Məmmədov və onunla birlikdə həbs edilənlər - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur. Hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 9-da Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay artırılıb.

Həmin qərarla razılaşmayan təqsirləndirilən şəxslər isə vəkilləri vasitəsi ilə apelyasiya şikayəti veriblər. Onlar həmin qərarın ləğv edilməsini və azadlığa buraxılmalarını istəyirlər. Lakin dekabrın 17-də Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə şikayət təmin olunmayıb.