backend

Emin Leyla Əliyevanın qızından danışdı: "Soyadım Əminənin ixtiyarındadır"

Emin Leyla Əliyevanın qızından danışdı: "Soyadım Əminənin ixtiyarındadır"



Müğənni-bəstəkar Emin Ağalarov "Boomerang" konsertindən öncə Heydər Əliyev sarayında mətbuat konfransı keçirib.


Musavat.com xəbər verir ki, jurnalistlərin suallarına cavab verən sənətçi uğurlarından danışıb:

"Mənim musiqimi sevənlərin sayı günü-gündən artır. Bunu görmək üçün konsertlərimə baxmaq kifayətdir. Hər dəfə konsertdə tamaşaçıların sayı daha da çox olur. Mənim uğurlarım onların da uğurudur. Biz bu uğura birlikdə sevinirik".

Müğənni Yeni il bayramı ilə bağlı plan qurmadığını da açıqlayıb:

"Bayramla bağlı tam olaraq qərar verməmişəm, uşaqlarım böyük ehtimalla Bakıda olacaq. Anam doğum günü ilə bağlı Nyu Yorkda olacaq. Atamın harada olacağı isə məlum deyil. Ona görə də konkret plan qurmamışam".

Müğənni keçmiş həyat yoldaşı Leyla Əliyevanın övladlığa götürdüyü Əminədən də danışıb:
"Əminəni çox istəyirəm. Mənim soyadım onun ixtiyarındadır. Əgər istəsə, soyadımı ona verərəm. Əminə kimin soyadını daşımaq istədiyini özü seçəcək".