backend

Dubayda dünyanın ən böyük otel-göydələni yanır

Dubayda dünyanın ən böyük otel-göydələni yanır




Dubayda dünyada ən uca çoxmərtəbəli bina olan Burc Xılifə göydələni ilə yanaşı otel yanır. Musavat.com-un məlumatına görə, “Address Downtown” otelinin alışma səbəbi məlum deyil.


Məlumata görə, bu rayon hər il minlərlə adamın Yeni ili qarşılamaq və şəhərdə ən böyük atəşfəşanlığı müşahidə eləmək üçün toplaşdığı ənənəvi məkan hesab edilir.



Yerli KİV-lərin dərc elədiyi fotolardan görünür ki, alov göydələnin böyük bir hissəsini – onlarla mərtəbəni bürüyüb.



“Reuters” agentliyinin xəbərinə görə, zərərçəkən yoxdur. Zərərçəkmişlərin olmaması haqda “əl-Arabiya” telekanalının efirində mülki müdafiə rəsmisi də bəyan edib.

Son məlumatlara görə, yanğın nəticəsində 14 nəfər xəsarət alıb.