backend

Günün fotosu - Qar əsarəti

Günün fotosu - Qar əsarəti




Bu foto Türkiyənin İstanbul şəhərindəki Atatürk hava limanında çəklib.

Gördüyünüz kimi, hansısa ölkəyə uçan sərnişinlər döşəmələrdə döşəlidirlər, guya ki, yatırlar, ya da yatmaq istəyirlər.

Bunlar o səbəbdən bu haldadırlar ki, İstanbula qar yağıb və bu qar hava limanının işini iflic edib. Yüzlərlə təyyarə uçuş pistlərinə çıxa bilməyib. Neçə-neçə təyyarə isə İstanbul əvəzinə Abkara və Antalyaya enib.

Hava limanında 8-10 saat bəzən bir sutka gözləyən sərnişinlər yuxusuzluğa dözə bilmir və beləcə, harda gəldi uzanırlar ki, gözlərinin acısını alsınlar.

Qar görməyən şəhərlərdə belədir. İsti ölkələrdə baş verən bu atmosfer çöküntüsü ilk növbədə nəqliyyat sistemini çökdürür.

Sərnişinlərdən biri qəzetçilərə gileylənib ki, Almaniyada ilin dörd ayı qar yağır, amma hava limanlarında belə rəzalət yaşanmır.

Bu gün öz ölkəmizdə də qar yağıb. Yaxşı ki, bu qar hələ tətil gününə düşüb, işə, dərsə gedən yoxdur. Yoxsa yüz minlərlə insan qar əsarəti yaşayacaqdı.