backend

ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub

ABŞ-da 11 uşağı girov götürən şəxsin kimliyi məlum olub




ABŞ-ın Corciya ştatında, Atlanta şəhərinin yaxınlığında moteldə 11 uşaq və bir qadını girov götürən şəxsin adı məlum olub.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, cinayətkarın 36 yaşlı Kris Tomas olduğu məlum olub.

İlkin məlumata görə, o, qadını və uşaqları girov götürdükdən sonra özünü öldürmək istəyib. Polis yaralı Kris Toması xəstəxanaya çatdırıb.
Cinayətin motivləri barədə məlumat verilmir.