backend

Almaniya Hərbi Hava Qüvvələri İŞİD-ə qarşı mübarizəni gücləndirir

Almaniya Hərbi Hava Qüvvələri İŞİD-ə qarşı mübarizəni gücləndirir




İŞİD-ə qarşı hava kəşfiyyatı əməliyyatlarında iştirak etmək üçün dörd Tornado təyyarəsi Almaniya aviabazalarından havaya qalxıb.

Dpa agentliyi xəbər verir ki, təyyarələrin ikisi Almaniya Hərbi Hava Qüvvələrinin Şlezvinq-Qolşteyn federal əyalətindəki Yagel aviabazasından, qalan ikisi Büxeldəki (Reynland-Pfalts) bazasından havaya qalxıb. Bu təyyarələr Türkiyədəki "İncirlik" hərbi bazasına istiqamət götürüb.

Bir gün əvvəl hərbi aerobus kəşfiyyat missiyasına qatılmaq, habelə bundesverin yanacaqdoldurma təyyarəsinə xidmət etmək üçün Türkiyə bazasına 140 alman əsgəri çatdırılıb.

Dekabrın ortalarında "Yaqel" aviabazasından havaya qalxan ilk iki təyyarə yaxın günlərdə Almaniya qayıtmalıdır. Bu ayın ortalarında onları əvəzləmək üçün daha iki kəşfiyyatçı təyyarə İncirliyə göndəriləcək.

Beləliklə, İŞİD-ə qarşı mübarizədə iştirak edən Almaniyaya məxsus təyyarələrin sayı altıya çatacaq və bundesver tam həcmdə əməliyyata başlayacaq.