backend

Yaponiya: "Rusiya siyasi problemlərdə həlledici mövqedədir"

Yaponiya: "Rusiya siyasi problemlərdə həlledici mövqedədir"


Yaponiya xarici işlər naziri Fumio Kişida şimali Koreya və Suriyadakı krizə dair açıqlamalar verib.

qaynarxett.az Musavat.com-a istinaden xəbər verir ki, bu barədə məlumat "Associated Press"-də yer alıb.

Məlumata görə, Kişida, adı çəkilən ölkələr ilə yaşanan problemlərin həllində Rusiyanın kilid mövqedə olduğunu bildirib.

Yaponiya ilə Rusiya arasında diplomatik dialoqların olacağını bildirən nazir “Beynəlxalq ictimaiyyət müxtəlif çətinliklərlə üz-üzədir. Rusiyanın həlledici rolu bu problemərin həllində olduqca vacibdir. Buna görə də, siyasi dialoqlar edilməlidir ” - deyə qeyd edib.