backend

Yeni transfer olunan futbolçu: "Narahat deyiləm"

"Qarabağ"ın yeni transferi Rahid Əmirquliyev təzə komandasıyla bağlı açıqlama verib.
Yeni transfer olunan futbolçu: "Narahat deyiləm"
Goal.az xəbər verir ki, Rahid Ağdam klubuna artıq öyrəşdiyini bildirib:

""Qarabağ" mənə yad komanda deyil. Çünki burada olan yerli futbolçuların, demək olar, hamısıyla milli komandada bir yerdə oynamışıq. Qurban müəllim məni öz mövqeyimdə oynadır. Buna görə də yeni komandamda tam rahatam. Hazırlıqlarımız da yaxşı gedir. İki yoxlama oyunu keçirdik və hər ikisində də qalib gəldik. Əsas məsələ isə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Əsas heyətə düşmək barədə də narahat deyiləm. Baş məşqçi kimi lazım biləcək, o futbolçuda meydana çıxacaq. Bizim əsas işimiz lazım olduğu qədər çalışmaq, baş məşqçinin dediklərin etməkdir".