backend

Ərdoğan sərt danışdı: “Dünyanı başlarına yıxarıq”

“Dövlət içində dövlət olan “paralel quruluşa” dünyanı dar etdik. İndi di dünyanı muxtariyyət adı altında dövlət içində dövlət olmaq istəyənlərin başına yıxarıq”.
Ərdoğan sərt danışdı: “Dünyanı başlarına yıxarıq”

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.


Onun sözlərinə görə, adı və quruluşu nə olursa olsun, dövlət içində heç bir dövlətə icazə verməyəcəklər: “Bu gün muxtariyyət istəyərək, dövlətin içində dövlət qurmaq istəyirlər. Dünyanı onların başına yıxarıq. Bunu bilsinlər”.

Ərdoğan qeyd edib ki, biz “birlikdə rəhmət, ayrılıqda əzab vardır” deyən peyğəmbərin ümmətiyik: “Biz tək millət, tək vətən, tək bayraq deyirik”.