backend

“Zvezda” Azərbaycana qarşı təxribata yol verdi - YENİLƏNİB

Mətndə düzəliş edilib.
“Zvezda” Azərbaycana qarşı təxribata yol verdi - YENİLƏNİB
Rusiya Müdafiə Nazirliyinin “Zvezda” rəsmi telekanalı Azərbaycana qarşı etdiyi təxribatı aradan qaldırıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, kanalın saytında gedən mətndə düzəliş edilib və "Dağlıq Qarabağ Respublikası" ifadəsi mətndən çıxarılıb.

11:56

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanvarın 28-də efirə gedən, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B.Saakyan “Artsax”ın – “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri kimi təqdim olunub.

Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.