backend

Gəncədə namus üstündə qətl: arvadını yatdığı yerdə güllələdi -

Gəncədə namus üstündə qətl: arvadını yatdığı yerdə güllələdi - Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Murad Məmmədov namus üstündə həyat yoldaşı Lamiyə Nağıyevanı qətlə yetirib. Murad Məmmədov 31 mart 2015-ci il tarixdə, saat 00.00 radələrində yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bursa küçəsi, ev 84 B ünvanında onunla birlikdə yaşayan həyat yoldaşı Lamiyə Nağıyevanın qonşuları İbrahim Allahyarov ilə gizli intim münasibətdə olmasından şübhələnib. Teleqraf.com xəbər verir ki, Murad Məmmədov qısqanclıq zəminində Lamiyə Nağıyevanı qəsdən öldürmək qərarına gəlib. O, bu məqsədlə yataq otağında iki azyaşlı övladları ilə birlikdə yatan həyat yoldaşı Lamiyə Nağıyevanı yuxudan oyadaraq qonaq otağına aparıb. Qısqanc ərin arvadını öldürmək planı Murad Məmmədov qonaq otağında Lamiyənin ona xəyanət etdiyini bildirib. O, bu səbəbdən onu öldürəcəyini deyib. Lamiyə Nağıyeva ərinin bu sözlərinə əhəmiyyət verməyib. Lamiyə qonaq otağının döşəməsində döşəyin üzərinə uzanaraq yorğun və yuxulu olduğu üçün yenidən yatıb. Bundan sonra Murad Məmmədov yaşadığı evdə saxladığı özünə məxsus “İJK” modelli ov tüfəngini evin qonaq otağına bitişik olan digər otaqdan götürüb. Arvadını yatdığı yerdə güllələdi Murad tüfəngin içərisinə patron qoyaraq atəş açmaq üçün hazır vəziyyətə gətirib. O, həmin silahı yerdə yatan Lamiyə Nağıyevanın baş nahiyəsinə dayayıb və yaxın məsafədən iki dəfə atəş açaraq onu başından vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Bundan sonra Murad Məmmədov həmin gün saat 00:20 radələrində Lamiyə Nağıyevanın gizli olaraq intim münasibətində olmasından şübhələndiyi İbrahim Allahyarovdan da qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə Murad Məmmədov yaşadığı evin həyətində olarkən İbrahim Allahyarova zəng edib. O, İbrahim ilə görüşmək istədiyini deyib və ondan yaşadığı evin qarşısına çıxmağını xahiş edib. Arvadının görüşdüyü kişini də öldürmək istədi Murad Məmmədov daha sonra özü ilə bir qədər əvvəl arvadı Lamiyə Nağıyevanı vurduğu ov tüfəngini götürüb və içərisinə patron qoyaraq silahı atəş açmaq üçün hazır vəziyyətə gətirib. O, silahı da götürərək İbrahim Allahyarovun yaşadığı Gəncə şəhəri, Yusif Kosayev küçəsi 41 nömrəli evin qarşısına gəlib. Murad Məmmədov həmin vaxt evin pəncərəsinin qarşısında dayanan İbrahim Allahyarovu görüb və onu qəsdən öldürmək üçün ov tüfəngindən tuşlayaraq, bir dəfə atəş açıb. İki maddəli cinayət işi Açılmış atəş nəticəsində İbrahim Allahyarovun qarşısında dayandığı pəncərənin şüşəsi sınıb və sınmış şüşə parçaları ona dəyib. İbrahim Allahyarov sol təpə və alın nahiyələrinin səthi yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlər alıb. İbrahim Allahyarova xəstəxanada tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub. Murad Məmmədov Cinayət Məcəlləsinin 120.2.9-cu (. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 29, 120.2.10-cu (təkrar adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. 18 il cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verib. Prokurorluq Murad Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fikrət Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Sonda hakim kollegiyası qərar elan edib. Qərara görə, həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.