backend

Ağ Ev 2017-ci ilin büdcə layihəsini Konqresə təqdim edib

Ağ Ev 2017-ci ilin büdcə layihəsini Konqresə təqdim edib

Birləşmiş Ştatlar Administrasiyası çərşənbə axşamı 2017-ci maliyyə ili üçün öz büdcə layihəsini Konqresə təqdim edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onun həcmi təqribən 4,1 trilyon dollar təşkil edir ki, bu da 2016-cı ilin analoji sənədində qoyulan məbləğdən 196 milyard dollar çoxdur.

Layihə yaxın 10 ildə büdcə kəsirinin 2,9 trln. dollar azaldılmasını nəzərdə tutur. Bu, hər şeydən əvvəl amerikalıların daha varlı təbəqəsi üçün vergi güzəştlərinin azaldılması hesabına baş verməlidir.