backend

Bakıda kasıblar üçün pulsuz geyim mağazası açıldı

Bakıda kasıblar üçün pulsuz geyim mağazası açıldı
Bakının Şüvəlan qəsəbəsində, Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" mağazası açılıb.

Baku.ws-in məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub. Kimin ehtiyacı varsa, mağazaya buyurub ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa, Allaha xatir buyurub geyimləri mağazaya təhvil verə bilər.

Geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir.

Əlavə məlumat əldə etmək istəyənlər (070) 900-08-06 (Sərxan) nömrəsi ilə əlaqə saxlaya bilərlər.