backend

Elmar Hüseynovun qatili tapılıb? - ŞOK OLAY

Elmar Hüseynovun qatili tapılıb? - ŞOK OLAY

Akif Çovdarovun vəkilinin son açıqlamları şübhələr üçün yetərli əsaslar yaratmağa başlayıb

2005-ci ildə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun evinin önündəcə güllələnərək, öldürülməsinin üzəri hələ də açılmayıb. Politika.Az xəbər verir ki, bununla bağlı ləğv olunmuş MTN-də uzun illərdən bəri aparılan istintaqın da heç bir faydası olmayıb. Əksinə, 11 il əvvəl baş vermiş cinayətin üzərini açmaq üçün demək olar ki, şanslar xeyli azalıb.

Politika.Az xəbər verir ki, Hüseynovun qətlində indiyə qədər çox adamın adı hallanıb. Hətta məşhur qanqster Hacı Məmmədov belə məhkəməsi zamanı bildirmişdi ki, bu qətli o törədib. Düzdür, bunu tutarlı şəkildə əsaslandırmağa bacarmamışdı. Lakin sonradan aydınlaşdı ki, Hacı Məmmədov da bu açıqlamanı məcburiyyətdən verib.
Lakin son günlər yenidən daha bir ad gündəmə gəlməyə başlayıb. Belə ki, bu yaxınlarda mətbuata açıqlama verən Akif Çovdarovun vəkili Sabiq Rəsulov bir sıra suallara cavab verərkən, müəmmalı danışıqları ilə diqqəti çəkmişdi. Belə ki, jurnalistin “Akif Çovdarovun adı mətbuatda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin döyülməsində, Eynulla Fətullayevin şərlənərək həbs olunmasında və digər çeşidli cinayət olaylarında “baş qəhrəman” kimi çəkilib” sualina ancaq susmaqla, ardınca isə “Mən bu məsələlərlə bağlı nəsə demək istəmirəm” söyləməsi bəzi şübhələr üçün əsas verib.
Elmar Hüseynovun qatili tapılıb? - ŞOK OLAY
Normalda vəkil belə ağır ittihamları rədd etməli, suala sərt cavab verməli, müvəkkilinin bu işlərdə adının hallandırılmasına qarşı çıxmalıydı. Amma Sadiq Rəsulov ümumiyyətlə, bu mövzudan qaçmağı daha məqbul hesab edib. Belə hallar isə çıxış yolu olmadığı üçün, əsaslı şübhələrə yol açır. Ki, hazırda da durum elə budur.
Elmar Hüseynovun qatili tapılıb? - ŞOK OLAY

Baş verənlərdən, vəkilin açıqlamalarından belə anlaşılır ki, Elmar Hüseynovun qətl məsələsinin üzəri artıq açılıb. Hələlik bununla bağlı hər hansı bir açıqlama verilməsinə isə tələsilmir. Həmçinin bu cinayətin Akif Çovdarov tərəfindən törədilməsi versiyası daha inandırıcı görünməyə başlayıb. Ona görə ki, bu adamın adı məlum cinayətlə bağlı çəkildikdə hətta vəkli belə susmağa üstünlük verir.

Elmar Hüseynovun qatili tapılıb? - ŞOK OLAY

Xatırladaq ki, Elmar Hüseynovun qətlində Akif Çovdarovun adının olması versiyasını ilk dəfə Eynulla Fətullayev gündəmə gətirmişdi. Həmin vaxt həbsxanada olan Fətullayev mətbuata xəbər göndərmişdi ki, jurnalistin qətlində MTN generalının əli olub.