backend

ŞƏRƏFSİZLİK - Ölünü qəbrdən çıxarıb qəbri satdılar

ŞƏRƏFSİZLİK - Ölünü qəbrdən çıxarıb qəbri satdılar
Bakıda yaşayan Zeynalovlar ailəsinin üzvləri 1981-ci ildə keçmiş Xətai rayonu, Əhmədli qəbiristanlığında dəfn olunmuş Lalənin məzarının yerini tapa bilmirlər. Belə ki, həmin qəbrin yerində yeni məzarlar peyda olub və qəbir itib

Bu barədə ailənin üzvü Rəna Zeynalova məlumat verib. Onun sözlərinə görə, 34 il əvvəl dəfn olunmuş Zeynalova Lalə Abdulla qızının qəbrini ziyarət etmək üçün gedəndə dəhşətə gəliblər. Belə ki, Rəna Zeynalova iddia edir ki, Lalə Zeynalovanın qəbri sökülüb, ölü qəbrdən çıxardılıb və həmin məzarın ərazisi başqa birinə satılıb:

“Gedəndə gördük ki, həmin qəbrin ərazisində iki yeni məzar peyda olub. 4 ildir gəlib getmirik deyə uşağın qəbrini dağıdıblar. Məsələ ilə bağlı dərhal Əhmədli qəbiristanlığının müdirinə məlumat verdim və bizə bildirdilər ki, məzarın ətrafındakı dəmir barmaqlıqlar qırıldığı üçün qəbr sökülüb. Bizə bildirdilər ki, öz ciblərindən pul verib həmin məzarı daş hasara alıblar. DNK analizinə verib qəbri açdırmaq istədiyimi deyəndə buna imkan verməyəcəklərini bildirdilər. Dedilər qəbiri açdırma. Qəbrin ərazisini icazəsiz başqa birinə satıblar. Axı biz burada ölü basdırmışıq? Ölümü təhqir ediblər. Məhkəməyə müraciət edəcəyəm. Hamımız müsəlmanıq, insanın ölüsünü təhqir etmək olmaz. Gödüklərimdən dəhşətə gəlirəm”.

Zeynalovlar ailəsinin bildirdiyinə görə, hazırda məsələ ilə bağlı məhkəməyə müraciət edilib.

Qeyd edək ki, Lalə Zeynalova Abdulla qızı 1979-cu il dekabrın 25-də Bakı şəhərində anadan olub. 1981-ci ildə isə dünyasını dəyişib və keçmiş Xətai rayonu, Əhmədli qəbiristanlığında dəfn olunub.

Məsələnin hüquqi cəhətini araşdıran sayta hüquqşünas Vüqar Səfərli belə bir açıqlama verib:

“Ölmüş şəxsin məzarını qanunsuz olaraq özbaşına açmaq qəbir üzrəində təhqiredici hərəkətlər etmək ictimai mənəviyyat əleyhinə olan cinayətdir. Cinayət Məcəlləsinin 245-ci maddəsində konkret olaraq belə hallarıa qarşı müəyyən olunmuş cəza tədbirləri qeyd olunmuşdur. İki ilədək olan müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ölmüş şəxsin yaxınlarının qəbirin satılması ilə bağlı iddiaların isə əsaslı olub, olmadığı müəyyən edilmədiyindən məsələyə münasibət bildirmək çətindir. İstənilən halda məsəslə ilə bağlı mülki qaydada onlara dəymiş mənəvi-maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da vardır. Yaranmış problemlə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə və həmçinin məhkəməyə müraciət edə bilərlər”.

qaynarxett.az