backend

Ailə podratına çevrilmiş dövlət universiteti

Ailə podratına çevrilmiş dövlət universitetiAkif Süleymanov ATU-nu oğlu Şamilə və köməkçisinə həvalə edib

Azərbaycanda bəzi universitetlər sözün həqiqi mənasında ailə podratına çevrilib. Düzdür, indiyə qədər oğlunu prorektor təyin edən rektorlara məxsus univversitetlər özəldirlər. Amma…

Politika.Az xəbər verir ki, işin əmması Azərbaycan Texnologiyalar Universitetində (ATU) üzə çıxıb. Məlum olub ki, Avrasiya və Odlar Yurdu Universitetlərində olduğu kimi, ATU-da da ailə podratı yaradılıb. Belə ki, universitetin rektoru Akif Süleymanov bütün səlahiyyətlərini oğluna və köməkçisinə verib.
Məlumatlı mənbənin Politika.Az-a verdiyi məlumatda deyilir ki, Şamil Süleymanov və rektorun köməkçisi bütün işləri özləri həyata keçirir, hətta ayrı-ayrılıqda tələbə və müəllimlərə tapşırıqlar verirlər.

Qeyd edək ki, artıq universitetdə durum kritik şəkil alıb. Çünki ortada xaos yaşanır. Müəllim və tələbələr bilmirlər rektoru dinləsinlər, yoxsa oğluyla, köməkçisini. Elə bu səbəbdəndir ki, bəzi tapşırıqların icrası zamanı əndrəbadi vəziyyət ortaya çıxır. Hətta gülməli situasiyalar da yaşanır.

Qarşı tərəfi də dinləməyə hazırdır./qaynarxett.az/