backend

Fazil Məmmədov özünü «Qurd ürəyi»ndə «yandırdı» - təfsilat

Fazil Məmmədov özünü «Qurd ürəyi»ndə «yandırdı» - təfsilat
Vergilər naziri hakimiyyətin kəskin tənqid edildiyi kitabı maliyyələşdirdiyinə görə, vəzifəsindən alınır

Bir müddət əvvəl həbs olunan şair-yazıçı Saday Şəkərli mətbuata verdiyi müsahibəsində bir çox mətləblərin üzərini açıb. «Azadlıq» qəzetinə verdiyi açıqlamasında Şəkərli bildirib ki, onun haqqında yazılanlar şər-böhtandır. «Başa düşmürəm, bu 10 min hardan çıxıb? O boyda nazirdən 10 min nədi, 1 milyon istəyərdim də... Məni tanıyanlar bilir ki, heç 100 manat borc istəməyə üzüm gəlmir. 20 ildir Fazil Məmmədovla haqq-salamımız var, mənim yaradıcılığımı həmişə yüksək qiymətləndirib, mənə həmişə dəstək verib. Kitablarımın ilk nüsxəsini də həmişə ona verirdim"
.
Əslində, Saday Şəkərli bu açıqlaması ilə vergilər naziri Fazil Məmmədovu çətin vəziyyətə salıb. Politika.Az xəbər verir ki, həbsdəki şair öz sözləriylə təsdiq edib ki, Fazil Məmmədovla uzunmüddətdir dostluq edir və nazir onun fəaliyyət göstərməsinə dəstək verib.

Qeyd edək ki, dövlətin ən strateji nazirliyinin başında duran, hakimiyyətə sədaqətli olan biri nazirin müxalifətin nümayəndəsinə bu qədər bağlı olması kifayət qədər maraqlıdır. Dövlət başçısının çörəyini yeyə-yeyə Fazil Məmmədov niyə müxalifətçi şairə dəstək verib? Üstəlik, Saday Şəkərli sonuncu kitabı olan «Qurd ürəyi» adlı kitabında hakimiyyət ciddi şəkildə tənqid edib. Və bu səbəbdən də həbs olunub.

Maraqlıdır ki, həmin kitabın maliyyələşməsini vergilər naziri Fazil Məmmədov həyata keçirib. Amma vəziyyət dəyişdikdən sonra çətin durum yarandığından nazir illərlə dostluq etdiyi və maliyyələşdirdiyi şairi qurban verməli olub. Lakin bütün bunlarla nazirin özünü sığortalaya bilməsi imkansız görünür.
Politika.Az xəbər verir ki, Fazil Məmmədovun durumunu ağırlaşdıran bir çox hallar var. Lakin onlardan ikisi onu vəzifəsindən edəcək gücdədir. Birincisi, Saday Şəkərli son məhkəmə prosestində ittiham aktını darmadağın edərək, Fazil Məmmədovu çətin vəziyyətə salıb. İkincisi, Fazil Məmmədov hakimiyyəti sərt formada tənqid edən «Qurd ürəyi»ni maliyyələşdirib.

Etibarlı mənbələrdən Politika.Az-a verilən məlumatlarda qeyd olunur ki, artıq hakimiyyət dairələri Fazil Məmmədovun əməllərindən xəbərdar olub. Və onunla bağlı tədbirlər həyata keçiriləcək. Nazirin işdən çıxarılacağı və digər problemlərlə üzləşəcəyinə dair məlumatlar var.
Fazil Məmmədov özünü «Qurd ürəyi»ndə «yandırdı» - təfsilat