backend

Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər - Daha 36 ölü...

Ermənilər itkilərinin daha bir qismini etiraf etdilər - Daha 36 ölü...

Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər

"Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb”.

Politika.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş, sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib. İşğalçı ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.

Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi.