backend

Şuşaya yolun açıq olsun Azərbaycan ordusu!

Əziz xalqım, qüdrətli Azərbaycan ordusu ilə fəxr edə bilərsən. Sənin ordun layiq olduğun şərəfi sənə yaşatmaqdadır. Qarabag torpağı mənfur ermənilərdən təmizlənməkdədir. Düşmənin yüzlərlə canlı qüvvəsi, o cümlədən general və zabitləri məhv edilib. Onlarla hərbi texnikası sıradan çıxarılıb. Əzəli Azərbaycan torpaqları addım-addım təmizlənir.

Ali Baş Komandanımızın müdrik siyasəti öz bəhrəsini verməkdədir. Müdafiə nazirimiz Zakir Həsənov həqiqi sərkərdə olduğunu sübut etdi. Sən öz müdafiə nazirinlə fəxr edə bilərsən. Döyüşən ordunun hər bir üzvü sənin qürur yerindir. Yaxın zamanlarda Şuşan və Xankəndin özünə qayıdacaq. Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda sənin üçrəngli bayrağın dalğalanacaq.

Dünya indi bildi ki, qüdrətli Azərbaycan dövləti, onun rəşadətli ordusu var.

Eşq olsun Azərbaycan dövlətinə!

Eşq olsun rəşadətli Azərbaycan ordusuna!

Eşq olsun böyük tarixi olan Azərbaycan xalqına!

Qarabağlı Azərbaycanım, gözün aydın!


Bu gün Qarabağdayıq,
Yeni tarix yazırıq,
Torpaqları alırıq,
Vətənim gözün aydın!

İgidlərin savaşda,
Düşmənlər qaça-qaçda,
Zəfərlər çoxalmaqda,
Vətənim gözün aydın!

Oğulların mərddilər,
Düşmənə dərs verdilər,
Dağlara yüksəldilər,
Vətənim gözün aydın!

Ordu xalqdan güc alır,
Dağlarda məskən salır,
Qarabağım qayıdır,
Vətənim gözün aydın!

Ali Baş Komandanın,
Müdrik oğlun İlhamın,
Sənin ruh yaradanın,
Vətənim gözün aydın!

Torpağın da sevinir,
Azadlığı hiss edir,
Bayrağını yüksəldir,
Vətənim gözün aydın!

Sənə zəfər yaraşır,
Alınan Qarabağdır,
Sənin ruhun, canındır,
Vətənim gözün aydın!

Biz irəli gedirik,
Düşməni məhv edirik,
Şuşaya tələsirik,
Vətənim gözün aydın!

Hazır zəfər bayrağı,
Onun yeri Şuşadı,
Şuşaya yol açıqdı,
Vətənim gözün aydın!

Müdafiə nazirin,
Zakir oğlundur sənin,
Gördün onun qeyrətin,
Vətənim gözün aydın!

Qorxmaz, cəsur sərkərdə,
O ordunun önündə,
Nümunə əsgərinə,
Vətənim gözün aydın!

Qüdrətlidir ordumuz,
O bizim qürurumuz,
Cismə sığmır ruhumuz,
Vətənim gözün aydın!

Qürurlan Azərbaycan,
Qəhrəman ordulusan,
İndi Qarabağlısan,
Vətənim gözün aydın!
akademik Vaqif ABBASOV