backend

Bakıda xəstə at əti satmaq istəyənlər ƏLƏ KEÇDİ- Video

Bakıda xəstə at əti satmaq istəyənlər ƏLƏ KEÇDİ- Video

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri, əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti isitifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb. Araşdırmalar davam etdirilir. (Region TV)

Bakıda xəstə at əti satmaq istəyənlər ƏLƏ KEÇDİ- Video