backend

TƏCİLİ: DİN-nin qarışısında şiddətli qarşıdurma - Bina yandırıldı (yenilənib)

TƏCİLİ: DİN-nin qarışısında şiddətli qarşıdurma - Bina yandırıldı (yenilənib)


Məlumatda bildirilir ki, binanın ətrafına yanğnsöndürmə maşınları cəlb olunub. Amma su şırnaqlarından istifadə olunmayıb.Binanın qarşısına xüsusi təyinatlılar cəlb olunub və onlar mitinqçilərin irəliləməsinin qarşısını kəsiblər.

Suxumidə Daxili İşlər Nazirliyi qarşısında mitinq keçirənlər binanın önündəki günlüyə “Molotov kokteyli” atıblar.

Virtualaz.org “Sputnik Abxaziya”ya istinadən bildirir ki, artıq bir neçə saatdır DİN-in binasında separatçı Abxaziyanın prezidenti Raul Xadjimba ilə müxalifət nümayəndələrinin görüşü davam edir.

Görüşdə müxalifətin daxili işlər naziri Leonid Dzapşbanın vəzifədən azad olunması barədə tələbi müzakirə olunur.

Binanın qarşısına xüsusi təyinatlılar cəlb olunub və onlar mitinqçilərin irəliləməsinin qarşısını kəsiblər.

Siyasi Konyunkturalar Mərkəzinin direktoru Aleksey Çesnakov deyir ki, Abxaziya hakimiyyəti və müxalifəti dialoqa gəlməli və mövcud qarşıdurmanı daha təhlükəli həddə çatdırmadan tez və sülh yolu ilə həll etməlidirlər.

* * *22:00

Suxumidə müxalifətçilərin keçirdikləri mitinqdə iştirakçılar Abxaziyanın daxili işlər naziri Leonid Dzapşbanın ietefasını tələb edirlər.

Onlar bu zaman qurumun giriş qapısını sındırıblar.

Məlumatda o da bildirilir ki, binanın ətrafına yanğnsöndürmə maşınları cəlb olunub. Amma su şırnaqlarından istifadə olunmayıb.

Binaya hücum edənlər bildiriblər ki, tanınmamış respublikanın rəhbəri Raul Xadjimba daxili işlər nazirini vəzifəsindən azad edənə qədər aksiyanı davam etdirəcəklər.

“İnterfaks”ın məlumatına görə, aksiyada 700 nəfərə yaxın adam iştirak edir.

Qaynarxett.az