backend

SON DƏQİQƏ: KƏMƏRLİDƏ ŞİDDƏTLİ ATIŞMA - Düşmən itgi verdi (yenilənib)

SON DƏQİQƏ: KƏMƏRLİDƏ ŞİDDƏTLİ ATIŞMA - Düşmən itgi verdi (yenilənib)
Düşmən atəşkəsi pozmaqda davam edir.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini mütəmadi olaraq
pozub.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

İyulun 10-u günorta saatlarında Ermənistan-Azərbaycan sərhədində erməni hərbçisi, Yerevan sakini Tiqran Vaçaqanoviç Mkrtçyan ağır yaralanıb

Məlumatı Novosti Armeniya yayıb.

Yaralı Noyemberyan rayonundakı hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir.

“O, düşmən gülləsindən yara alıb”, - deyə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Qaynarxett.az-ın Qazax bürosundan bildirilir ki, düşmən rayonun sərhəggə yerləşən kəndlərini - xüsusilə Kəmərli kəndini daim şiddətli atəş altında saxlayır.

Qaynarxett.az