backend

Ermənistanda qiyam - Sarkisyanın istefası tələb olunur - VİDEO (YENİLƏNİR)

Ermənistanda qiyam - Sarkisyanın istefası tələb olunur - VİDEO (YENİLƏNİR)
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan silahjlıların ələ keçirdiyi binadan buraxılıb. Onun sözlərinə görə, qiyamçılar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını və əhalinin etibar etdiyi hökumətin formalaşmasını tələb edir.

12:18
Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Bu barədə Trend TASS-a istinadən xəbər verir. Lakin hələ rəsmi məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.

Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları “Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər.

Qeyd olunur: “Biz artıq Yerevanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”.

11:40
Bir qrup silahlı şəxsin Ermənistanın paytaxtı Yerevanda Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücumu zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Report erməni mətbuatına istinadən xəbər verir ki, hələlik öldürülmüş şəxsin və xəsarət alanların kimliyi barədə məlumat verilmir.
İlkin məlumatlara görə, hücum edənlər polis rəisinin müavini Valeri Osipyanı girov götürüblər.
11:30
Bir qrup silahlı şəxs Ermənistanda polis bölməsinin binasını ələ keçirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Yerevan yaxınlığındakı Erebuni rayonunda baş verib. Silahlılar qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham edilərək həbs olunmuş müxalif "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əraziyə qoşun göndərilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polis rəsmi bəyanatla çıxış edəcək.

Hüquq-mühafizə orqanları hadisə zamanı yaralananların olduğunu açıqlayıblar. "Kommersant"ın məlumatına görə isə hücum zamanı bir nəfər ölüb.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.