backend

ŞOK!!! Rusiya Ermənistanla birgə qoşun qruplaşmasını niyə yaradır...

ŞOK!!! Rusiya Ermənistanla birgə qoşun qruplaşmasını niyə yaradır...
Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının baş əməliyyat idarəsinin vəzifəlilərindən ibarət nümayəndə heyəti Ermənistandadır.

Virtualaz.org “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, səfərdə məqsəd Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının yaradılmasına dair yekun müzakirələr aparmaq və müvafiq sənədi imzalamaya hazırlamaqdır. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Birgə qoşun qruplaşmasının komandanının kim olacağı artıq məlumdur-bu, Ermənistan ordusunun Türkiyə və Naxçıvanla sərhədə cavabdeh olan 4-cü korpusunun keçmiş komandanı, general-mayor Andranik Markaryandır.

Bəs Ermənistanla Rusiyanın birgə qoşun qruplaşması yaratmasının məqsədi nədir? Bu qruplaşmaya hansı qoşun birlikləri və hissələri daxil olacaq? Bu suallara hələ cavab verən yoxdur. Bununla belə istisna deyil ki, qoşun qruplaşması Ermənistan ordusunun 4-cü korpusunun və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsasında formalaşdırılacaq.
ŞOK!!! Rusiya Ermənistanla birgə qoşun qruplaşmasını niyə yaradır...


Qəzet qeyd edir ki, 102-ci bazanın sərəncamında 3 motoatıcı polk, özüyeriyən artilleriya polku və tank batalyonu, habelə “Qrad” və “Smerç” reaktiv yaylım atəşi sistemləri ilə təchiz edilmiş diviziyonlar, kəşfiyyat batlyonu, digər yardımçı hərbi bölmələr var. Bundan əlavə Ermənistanda Rusiyanın S-300B sistemləri ilə təchiz edilmiş əlahiddə zent-raket diviziyonları, habelə bir neçə eskadrilya döyüş vertolotları və qırıcıları var. Rusiyanın Ermənistandakı birləşmələrinin canlı qüvvəsinin sayı 4 min nəfərdən çoxdur.

Rusiya quru qoşunlarının Baş qərargahının keçmiş qərargah rəisi, Qarabağ müharibəsinin iştirakçısı olan general Norat Ter-Qriqoryants “Nezavisimaya qazeta”ya şərhində deyir ki, birgə qoşun qruplaşmasının yaradılması “yaxşı qərardır”. Çünki bu qruplaşma NATO-nun Rusiya sərhədləri yaxınlığında silah silkələməsinə və Qarabağ münaqişəsinin yenidən alovlanmasına imkan verməyəcƏK.


ŞOK!!! Rusiya Ermənistanla birgə qoşun qruplaşmasını niyə yaradır...
Qeyd edək ki, Rusiya NATO-nun Şərqi Avropa və Baltik ölkələrinə hərbi qüvvələr yerləşdirmək planlarına qarşı cavab tədbirləri görəcəyini bəyan edib. Belə cavab tədbirlərindən biri Rusiyanın NATO ilə sərhədlərdə 3 yeni diviziya formalaşdırmasıdır. Həmin diviziyaların ikisi Qərb istiqamətində, biri isə Cənub Hərbi Dairəsində təşkil olunacaq. Cənub Hərbi Dairəsinə o cümlədən Ermənistandakı Rusiya qoşunları daxildir. Bu baxımdan ehtimal edilir ki, Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması birinci növbədə NATO üzvü olan Türkiyə ilə sərhədlərdə hərbi iştirakı gücləndirmək məqsədi güdür. Lakin eyni zamanda Rusiya Qarabağda mümkün irimiqyaslı müharibə zamanı Ermənistanın tərəfində döyüşə girməyə hazır olduğunu da nümayiş etdirir.