backend

Onlar Türkiyədə 250 nəfəri öldürməyi planlaşdırır - ŞOK SİYAHI

Onlar Türkiyədə 250 nəfəri öldürməyi planlaşdırır - ŞOK SİYAHI
Türkiyədə hərbi çevriliş cəhdinin uğursuz olmasından sonra Hərbi Hava Qüvvələrinin Xəbərləşmə və Dəstək Komandirliyi (MAK) ilə Hücum və Müdafiə Timinin (SAT) komandoları qaçaq vəziyyətindədir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusi olaraq yetişdirilən, hər cür hava şərtlərində əməliyyatlar həyata keçirən komandoların meşə və dağlıq ərazilərdə olduğu təxmin edilir.

Məlumata görə, onların əlində sui-qəsd edəcəkləri 250 nəfərlik siyahı var. Siyahıda dövlətin yüksək rütbəli vəzifəli şəxslərin də olduğu bildirilir.

Komandolara məlumatların ötürülməsi və istənilən kömək ehtimalı ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib. Bundan başqa, yüksək vəzifəli dövlət rəsmilərinin mühafizəçilərinin sayı artırılıb, səyahət və görüşlərinə məhdudiyyətlər tətbiq edilib. Dövlət idarələri və təşkilatlarda təhlükəsizlik tədbirləri gücləndirilib. Başda parlament olmaqla dövlət idarələrinin giriş- çıxışlarına baryerlər yerləşdirilib. Komandoların əsasən Mərmərə bölgəsində axtarıldığı bildirilir.

Daha əvvəl isə Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) üzvlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Muğla vilayətinin Mərmərə mahalında qaldığı otelə etdiyi hücumun detalları ortaya çıxıb.

Hücumdan bir müddət əvvəl qiyamçıların öz aralarında etdiyi telsiz danışıqlar Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən dinlənilib. Dərhal hərəkətə keçən MİT rəhbəri Hakan Fidan Ərdoğanı xəbərdar edib. Ərdoğan bu xəbərdarlıqdan sonra Mərmərədəki oteli tərk edib.

Daha sonra MAK-da çalışan general Gökhan Şahin Sönməzatəş ilə MAK-ın Məktəb komandiri mayor Taner Açıqgözün rəhbərliyi ilə 2 SAT komandosu, 14 xüsusi təyinatlı və 15 MAK qrupundan ibarət terrorçular 6 vertolyot ilə Mərmərəyə gediblər. Dörd vertolyot hücumu koordinasiya edərkən, 2 vertolyot isə otel qarşısına xüsusi təyinatlılar endirib. Bu zaman oteldə qalan prezidentin mühafizəçiləri ilə terrorçular arasında atəşma başlayıb.

Təxminən 20 dəqiqə davam edən qarşıdurma zamanı Muğladan xüsusi təyinatlılar və polislərdən ibarət dəstək gəlib və sui-qəsdçilər aradan çıxıblar.