backend

SON ANDA: Öztürkün kürəkəni və Gülənin "sağ əli" həbs edildi

SON ANDA: Öztürkün kürəkəni və Gülənin "sağ əli" həbs edildi
Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan polkovnik-leytenant Hakan Karakuş və Fətullah Gülənin sağ əli hesab edilən Halis Hancı həbs edilib.

Axar.az xəbər verir ki, Karakuş qiyamın əsas təşkilatçılarından sayılan Hərbi-Hava Qüvvələri komandanı Akın Öztürkün kürəkənidir.

Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım son açıqlamasında çevriliş cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində bu günə qədər 13002 nəfərin saxlanıldığını bildirib.