backend

Qarabağda silahlar işə düşür: DÜŞMƏN APREL XOFUNDA

Qarabağda silahlar işə düşür: DÜŞMƏN APREL XOFUNDA
Qarabağda yeni müharibənin başlanması realdır. Azərbaycan tərəfi son danışıqlar prosesindəki nəticələri gözləyir; Əgər hər hansı müsbət irəliləyişlər olmasa və status-kvo dəyişməsə silahların işə düşməsi istisna deyil...

Bunu Politika.Az-a diplomatik mənbələrdən bildiriblər. Rsəmi Bakının müharibəyə hazırlaşdığını qeyd edən qaynağın sözlərinə görə, üçlük formatının danışıqlardakı yekun nəticələri gözlənilir.

Üzü payıza doğru Xarici İşlər nazirləri görüşəcək, sonra da prezidentlər. Ortada da Rusiyanın irəli sürdüyü bir həll variantı var.

O həll variantı Azərbaycanı təmin etməsə də, onun ətrafında müzakirələr aparmaq mümkündür. Ermənistana və orda gedən proseslərə baxanda, sülhün mümkünlüyü barədə şübhələr yaranır.

Amma bütövlükdə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, xüsusən də amerikalı həmsədrin bəyanatlarına baxanda, sülh haqqında müəyyən nikbin, amma ehtiyatlı nikbin gözlənilmir.

Mənbə qeyd edir ki, aprel müharibəsi İrəvana dərs, Bakıya isə böyük psixoloji üstünlük qazandırıb.

Sərkisyan rejiminin gözünün odunu alan aprel savaşı həm də erməni ictimaiyyətində narazılıq yaradıb. Serj iqtidarına daxildən baş qaldıran etirazlar erməni ordusunda da ruh düşkünlüyü yaradıb

Politika.Az-a verilən xəbərə görə, sülh məsələsini həll etmək üçün şərtlər bir az da qabağa getməlidir.
Qarabağda silahlar işə düşür: DÜŞMƏN APREL XOFUNDA
Politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycan ordus ermənilərə öz gücünü göstərib:

“Erməniləri başa salmaq mümkün oldu ki, əgər diplomatik yolla məsələlər həll edilməsə, məsələnin hərb variantı gündəmə gələ bilər və ya mütləq gələcək. Bu isə ermənilər üçün lazımi məğlubiyyət deməkdir.
O şərtlə ki, ikinci dövlət bu işə qarışmasın. Mən güman edirəm ki, qarışmaya bilər. Azərbaycan ordusu keçən ilə nisbətən bu il daha güclüdür və hər gün bir az da güclü olur. Həmçinin Azərbaycan cəmiyyəti daha da güclü olur, əhalinin sayı daha da artır, iqtisadiyyatı inkişaf edir”.