backend

Azərbaycan millisinin Norveç üzərində qələbədən sonra futbolçularımız nə qədər qazandı? – MƏBLƏĞ

Azərbaycan millisinin Norveç üzərində qələbədən sonra futbolçularımız nə qədər qazandı? – MƏBLƏĞ


















DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanması futbolçuların büdcəsini xeyli zənginləşdirib.

Futbol11.az xəbər verir ki, oktyabrın 8-də qeydə alınan nəticəyə görə fantastik mükafat ayırıb.

Məlumata əsasən, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək. Matça sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq - 37500 manat.

Ehtiyatda qalan doqquz futbolçunun hər biri isə 25 min manat alacaq. Bu isə o deməkdir ki, futbolçular üçün ümumilikdə 887500 manatlıq mükafat büdcəsi ayrılıb.

Təbii ki, bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafatın məbləği bir milyon manatı keçir.

Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı Azərbaycan Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayevlə əlaqə saxlayıb. O açıqlamasında “belə məsələlərin ona aid olmadığını, ancaq məsələnin doğru olduğunu, futbolçulara hər qələbəyə görə mükafat veriləcəyini bildirib.”