backend

Hakimiyyət ajiotajsız FƏTÖ əməliyyatları keçirir? - Təfsilat

Hakimiyyət ajiotajsız FƏTÖ əməliyyatları keçirir? - Təfsilat
















Azərbaycanda Fətullah Gülən terror şəbəkəsinə qarşı mübarizə gizli şəkildə aparılır

Fətullahçıların zərərsizləşdirilməsi istiqamətində səs-küysüz əməliyyatlar həyata keçirilir.

Hüquq-mühafizə orqanları təlimatlandırılıb ki, ajiotaj yaratmadan və informasiya blokadası təşkil olunaraq mübarizə tədbirləri həyata keçirilsin.

Son bir neçə əməliyyat mediadan xəbərsiz baş tutub. Hökumət onların kimliyini də açıqlamaq istəmir. Səbəb gülənçi şəxslərin barəsində digər üzvlərin məlumatı olmamasıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da qeyd edib ki, FƏTÖ-çuların Azərbaycanda uzantıları ola bilər: “Bununla bağlı işlər gedir. Müəyyən ədəbiyyatlar və disklər yayan adamlar saxlanılıb.
Bununla bağlı hüquq-mühafizə orqanları işlərini davam etdirirlər. FETO-çularla əlaqədar lazımi araşdırma apardıqdan sonra danışmaq lazımdır”.

Komitə sədrinin çıxışından da belə nəticə hasil olur ki, “Hizmət” hərəkatına qarşı əməliyyatlar olub, saxlananlar var.

Redaksiyamıza daxil olan xəbərdə qeyd olunur ki, referendumdan sonra ölkədə Fətullah Gülən şəbəkəsinə qarşı mübarizənin sərtləşdiriləcəyi gözlənilən idi.

Mətbuat da yazmışdı ki, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, fətullahçı qruplar təftiş edilir.

Onların dövlət orqanlarına yerləşdirilməsi,habelə müxalifət cəbhəsində kök salması, iqtisadi dayaqları və təbliğat ruporlarının zərərsizləşdirilməsi istiqamətində iş aparılır.

Daxili İşlər naziri Ramil Usubovun da Türkiyə səfəri bu mənada kifayət qədər faydalı olub. Məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarına verilən təlimat əsasında gizlənmiş "Camaat” üzvlərinin ifşası istiqamətində əməliyyat axtarış tədbirləri keçirilir.