backend

Parkta yaşayan kişinin bank hesabından sərvət çıxdı

Parkta yaşayan kişinin bank hesabından sərvət çıxdı









Adanada gedəcək yeri olmadığı üçün parkda yaşamağa məcbur olan yaşlı kişinin bank hesabında 90 min lirə və 3 min 500 dollar olduğu üzə çıxıb.

"Xəzər Xəbər" Türkiyə mediasına istinadən məlumat verir ki, 90 yaşlı Səbri Baranın Seyhan məhəlləsindəki evi dağıdılıb və bundan sonra o, parkda yaşamağa məcur olub. Hərəkət etməkdə çətinlik çəkən ahıl kişi havaların soyumasına baxmayaraq parkda qalmağa davam edib.

Bu barədə məlumat alan müvafiq yerli qurumlar Səbri Baranı xəstəxanaya yerləşdirib və sonra onun qocalar evinə yerləşdirilməsinə qərar verilib. Dövlər qurumları yaşlı kişiyə yardım etmək üçün də hərəkətə keçiblər. Müvafiq qurumların kişinin iqtisadi vəziyyəti ilə bağlı araşdırmasından sonra maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Səbri Baranın bank hesabında 90 min lirə və 3 min 500 dollar pulu var. Bu barədə yaşlı adama məlumat verilib. Qoca kişi isə deyib ki, heç vaxt evlənməyib və illərlə işləyərək yığdığı pulu banka keçirib.