backend

"ABŞ Gülən üçün..." — Trampın müşaviri türkləri sevindirdi

"ABŞ Gülən üçün..." — Trampın müşaviri türkləri sevindirdi













Yeni ABŞ prezidenti seçilmiş Donald Trampın müşaviri Maykl Flinn türk jurnalistlərə açıqlama verib.

Flinn ona Türkiyə ilə gələcək əlaqələrin necə olacağı haqda yönəldilmiş suallara cavab verib.

Adı Trampın quracağı hökumətdə müdafiə naziri kimi keçən Maykl Flinn Türkiyə əlaqələrin möhkəmləndirilməsi üçün münasibətlərin yenidən qurulacağını bildirib.

"Artıq Türkiyə ilə münasibətlərimizin yaxşı olmasının həyati əhəmiyyət kəsb etdiyini dərk edərək bu işə başlamaq lazımdır. Türkiyə İraq və Suriyada İŞİD-lə mübarizəmizdə bizə yaxından dəstək verən müttəfiqimizdir. Gülən məsələsinə gəlincə isə, hesab edirəm ki, ABŞ onun üçün sığınacaq yeri olmamalıdır",- deyə Trampın müşariri vurğulayıb.