backend

Son anda: BİLƏCƏRİDƏ YUMURTA HƏYACANI - "Bu süni qıtlıq yaratmaq deməkdir."

Son anda: BİLƏCƏRİDƏ YUMURTA HƏYACANI -  "Bu süni qıtlıq yaratmaq deməkdir."

Dünən 20-i radələrindən Biləcəri qəsəbəsindəki ərzaq magazalarinda yumurta satışı dayandırılıb. Bu da alıcıların haqlı narazılıgəna səbəb olub. Qaynarxett.az bunun səbəbini aydınlaşdırmaq ücün bir necə iri marketlərdə araşdırma aparıb. Satıcılar bu barədə hec bir məlumatlarının olmadıqlarını bildiriblər. Adının cəkilməsini istəməyən bir market müdürü isə magazalara yumurta məhsulunun verilməsinin müvəqqəti dayandıldıgını bildirib. Bunun qiymət artımı ilə əlaqədar oldugunu vurgulayan müdür narazılıgını bildirib:"Belə olmaz, qiyməti artırırlarsa qoy artırsınlar, daha satışı dayandırmaq niyə lazım. Bu süni qıtlıq yaratmaq deməkdir."

Mövzunu diqqət mərkəzində saxlayacagıq.


Qaynarxett.az