backend

İrəvana toya gedən Nazilədən sərt sözlər: "Ağzınızdan zir-zibil tökülür" -VİDEO

İrəvana toya gedən Nazilədən sərt sözlər: "Ağzınızdan zir-zibil tökülür" -VİDEO

Ermənistanda iştirak etdiyi bir toy məclisindən paylaşdığı görüntüylə tənqid hədəfinə çevrilən azərbaycanlı stilist Nazilə Mehdiyeva haqqında söylənilənlərə sərt şəkildə reaksiya verib.

Erməni həmkarı Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak edən Mehdiyeva Rusiyada doğulduğunu və həm Azərbaycana, həm də Ermənistana gedib gəlmək hüququnun olduğunu söyləyib.

Rusiya vətəndaşı olduğunu yazan stilist İrəvana getməsinin şişirdilməsinə əsəbləşib:

"Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Amma rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər İrəvana gedəndə niyə susursunuz. Öz fikriniz olsun, siyasətdən asılı olmayın".

Mehdiyeva daha sonra İrəvandakı toyda iştirakına belə don geyindirməyə çalışıb:

"Sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz yaxşı? Ağzınızdan zir-zibil tökülür".

Xatırladaq ki, N.Mehdiyevanın Ermənistandakı toy məclisində iştirakı sosial şəbəkədə və mətbuatda tənqidlərə səbəb olub.

Olke.az