backend

“Əmrahbank” vətəndaşlarla məzələnir - Sual VAR

“Əmrahbank” vətəndaşlarla məzələnir - Sual VAR










Bir neçə gündür ki, dolların möhkəmlənməsi Azərbaycanda ciddi problemlərə və narazılıqlara səbəb olub. Ölkənin bir neçə banklarında dollar satışı rəsmən dayandırılıb. Bəzi banklar dolları satışı barədə süni görüntü yaratmaqla məşğuldur. Gununsesi.info-nun xəbərinə görə, belə banklardan biri də “Amrahbank”dır. Belə ki, bakın filiallarında dolların alışı və satışı ilə bağlı məzənnə qeyd olunsa da ancaq banka daxil olan insanlara “yox”deyilir. Əməkdaşımızın müşahidəsi zamanı bankın şöbələrində xarici valyutanın alışının sürətlə aparıldığı görünsə də ancaq mübadilə məntəqələri satışı dayandırdıqlarını deyir.
Əməkdaşımızın “O zaman satış məzənnəsi ilə bağlı elanı niyə yığışdırmırsınız” sualına onlar cavabın rəhbərlikdə olduğunu deyib.
Təqdim etdiyimiz fotodan da görünür ki, bankın qarşısında xarici valyutanın alış və satış məzənnəsi göstərilir. Ancaq bu elana inan insanlar sonradan məyus şəkildə bankı tərk edir. Bu isə bank rəhbərliyinin vətəndaşların heysiyyatı ilə oynaması deməkdir.