backend

İcra hakimiyyəti prezidentin açdığı bu xəstəxananı onun gedişindən sonra görün necə satdı – FOTOLAR

İcra hakimiyyəti prezidentin açdığı bu xəstəxananı onun gedişindən sonra görün necə satdı – FOTOLAR

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.

Bu barədə Lənkəranda yaşayan yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir. Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib və 2013-cü ildə isə prezident İlham Əliyev yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

(Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış oldu : 05 sentyabr 2013, prezident.az)

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur:"Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir.

Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”. (azvision.az)

AZXEBER.COM-a məlumat verən rayon ictimaiyyətinin aktiv üzvləri sözügedən ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə əlaqəsi olmadığını, oradakı obyektlərin satışı və icarəsi ilə birbaşa Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun göstərişi ilə mümkün olduğunu qeyd ediblər. Məlumatda ərazini icra başçısının sözügedən əraziləri rayonda müxtəlif iş adamlarına iaşə obyektlərinin tikintisi üçün satdığı bildirilib.