Lənkəranski haqqında kitab qalmaqal yaratdı - RUL DAVASI

Arasdirma 30-11-2016, 20:58
Lənkəranski haqqında kitab qalmaqal yaratdı - RUL DAVASI
“Rövşən Lənkəranskinin kitabını 3 dəfə, hər birində 1000 nüsxə çap ediblər. Beş manatdan hesablasaq, bu, 15 min manat pul edir. Şahbaz (Xuduoğlu - red.) isə mənə 400 manat pul verib...”
Bu fikriləri “yeraltı” dünyadan yazan yazıçı Bəhram Çələbi Publika.az saytına açıqlamasında deyib

Lənkəranski haqqında kitab qalmaqal yaratdı - RUL DAVASI
Yazıçının sözlərinə görə, “Qanun” nəşriyyatında çap elətdirdiyi kitablar üçün Şahbaz ona çox az pul ödəyir: “Şahbaz mənə 400 manat pul verib. Qalanını isə cibinə qoyub. Özü kimi “Hacıqara” heç yerdə görməmişəm. Qabaqlar 300 dollar verirdisə, indi 400 manatı çevirəndə heç 200 dollar eləmir".
Bəhram Çələbinin bu iddiası ilə bağlı “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğludan fikirini bildirməsini istədik. O, Bəhram Çələbinin niyə belə sözü deməsini anlamadığını söylədi: “Mən ona nə qədər qonorar verildiyini deyə bilmərəm. Çünki bu işə mən deyil, mühasib baxır və qonorarı da o verib.
Qaldı ki, 15 000 manat qazanmaq məsələsinə kitab 1000 nüsxə çıxıb və 5 manat qiyməti var. 30-40 faiz satış xərcləri var. Bunu sadə adam da hesablaya bilər ki, bir kitabın satışından 15 min manat pul qazanmaq mümkün deyil”.

Lənkəranski haqqında kitab qalmaqal yaratdı - RUL DAVASI
Ş.Xuduoğlu əlavə nüsxələrin nəşri ilə bağlı sualı isə belə cavablandırdı: “Cəmi 1000 nüsxə çap olunub. Sonra söz vermişdi ki, yeni variant təqdim edəcək. Biz hələ yeni variantı gözləyirik. Başa düşmürəm niyə belə danışıb. Adamlar son vaxtlar qəribə olublar”.
Qeyd edək ki, bundan öncə də “Qanun” nəşriyyat evi ilə bağlı yazıçılar tərəfindən şikayətlər səslənmişdi. Ancaq Şahbaz Xuduoğlu heç bir yazıçı ilə probleminin olmadığını dedi.
Mələk Heydərova
Oxunub: 807
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10