backend

Biznesmenin oğlu bu maşında can verdi — YENİ FAKTLAR + FOTOLAR

Biznesmenin oğlu bu maşında can verdi — YENİ FAKTLAR + FOTOLAR













Xəbər verdiyimiz kimi, bu Bakıda tanınmış iş adamı, hazırda həbsdə olan Nəriman Əliyevin gənc oğlu qəfildən dünyasını dəyişib.

Femida.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb. 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. A.Əliyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İş adamı Nəriman Əliyevin qəfil dünyasını dəyişən oğlu, 20 yaşlı Asim Əliyev peşəkar idmançı olub. O universal döyüş üzrə dünya çempionatında iştirak edib. Həkimlərin dediyinə görə, o, infarkt keçirib.

A.Əliyev "Qarabağ Broyler MMC"-nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqmış. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.