“DSMF-nin Gədəbəy şöbəsindən şikayət etməmişəm” - İlginc reaksiya

421

“DSMF-nin Gədəbəy şöbəsindən şikayət etməmişəm” - İlginc reaksiya













Noyabrın 22-də Dövlət Sosial Müdafiəsi Fondunun Gədəbəy rayon şöbəsində baş verən korrupsiya halları ilə bağlı məlumat yaymışdıq

Politika.Az vətəndaş Oktay Əliyevin şikayətini və şöbədəki qanun pozuntuları barədə onun dediklərini təqdim etmişdi.

Yazıda deyilirdi ki, vətəndaşlarla təmasa girməkdən çəkinən şöbə müdiri Məsud Məmmədov çoxsaylı makler şəbəkəsi qurmuş və onların vasitəsilə, saxta sənədlər əsasında pensiya təyinatları aparmaqdadır.

O. Əliyevin dediyinə görə qanuni sənədlə özü maklersiz , birbaşa M. Məmmədova müraciət etmiş şəxs rüşvət tələbinə razı olmadıqda məhkəmə vasitəsilə ram edilir.
Bu işlərin düzülüb qoşulmasında rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov da Məsud Məmmədova dəstək verir.

Amma bu nüanslarla əlaqədar Oqtay Əliyev redaksiyamıza zəng edərək Politika.Az-a müraciət etmədiyini bildirib.

Onun sözlərinə görə, DSMF-nin Gədəbəy şöbəsi haqda heç yerə şikayət məktubu göndərməyib və onun adından sui-istifadə olunub.

O.Əliyev onun adının hallanmasına etiraz edib və aydınlıq gətirilməsini istəyib. Vətəndaş bildirib ki, heç bir mətbu orqana şikayət məktubu ilə müraciət etməyib və yalan məlumatdır. Biz vətəndaşın bu mövqeyini də dərc etməkdə problem görmədik və ictimaiyyətə çatdırdıq.

Lakin əlavə edək ki, sözügedən yazı ilə bağlı dəfələrlə redaksiyamıza zənglər olub. Bəzi saytların rəhbərləri qeyri-rəsmi təkliflər edərək yazını yayımdan çıxarmağı istəyib.

Ancaq bunun keçərli olmadığını görüblər. Çünki vətəndaşın problemini işıqlandırmışıq və bildirmişik ki, yaxşı olar sadalanan neqativ hallar aradan qaldırılsın.

Amma Oqtay Əliyev zəng edərək bildirir ki, mətbuata şikayət etməyib və adından sui-istifadə olunub. Əgər belə idisə, noyabrın 22-dən yayımda olan bir yazı ilə bağlı niyə indiyə qədər zəng etmirdi?

Niyə elə həmin gün yox, məhz 22 gün sonra əlaqə saxlayaraq şikayətin ona aid olmadığını deyir? Maraqlıdır...Hər bir halda vətəndaşın bu mövqeyini də dərc etdik və onun sözünü demək haqqını təmin etdik.

Bununla belə, DSMF-nin Gədəbəy şöbəsi haqda son günlər mediada gedən yazılar və məqamlarla bağlı araşdırmaya zərurət var. Nazirliyin həmin şöbədə nələr baş verdiyini araşdırması nəticəsində həqiqətlər üzə çıxa bilər.