backend

Rusiya Federasiyasının Həştərxan şəhərində çoxfunksiyalı Azərbaycan İş Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir

Rusiya Federasiyasının Həştərxan şəhərində çoxfunksiyalı Azərbaycan İş Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir












16 dekabr 2016-cı il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə çoxfunksiyalı Azərbaycan İş Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir.

İlk öncə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər rəsmilər Həştərxan şəhərində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Təməlqoyma mərasimində çıxış edən Aleksandr Jilkin bildirib ki: “Bu gün, ciddi böhran dövründə, bizim ölkələrimizin qarşılıqlı faydalı şərtlərlə inteqrasiyasına imkan verən yeni iqtisadi layihələrə ehtiyac duyulur. Bir ildən az müddətə bu yerdə ölkələrimizin iş adamlarının biznes fəaliyyətinin inkişafına təkan verilməsinə və yeni layihələrin həyata keçirilməsinə təkan verəcək Azərbaycan İş Mərkəzi inşa olunacaq.

Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan İş Mərkəzinin tikintisinə dair saziş Bakıda noyabrın əvvəlində keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı kimi Həştərxan vilayəti ilə çox sıx əlaqələri olan Heydər Əliyev Fondu çıxış etmişdir.

"Burada, biz Rusiya bazarına Azərbaycanın yerli məhsulları təşviq etməyi planlaşdırırıq,” - Əli Həsənov qeyd edib – “maraqlanan Rusiya şirkətləri ölkəmizinə təchizatçıları ilə uzunmüddətli müqavilələr imzalaya biləcəklər. Mərkəzin inşası hər iki ölkənin təsərrüfat subyektləri arasında ticarət və iqtisadi əlaqələrin səmərəli inkişafına təkan verəcək. Yeni obyektin tikintisi Həştərxan vilayətinin 300 illiyi ilə əlaqədar və səmimi dostluq münasibətlərinin tərənnümü kimi hədiyyə olacaq”

Həştərxanda inşa olunacaq Azərbaycanın İş Mərkəzinin ümumi tikinti sahəsi 5000 kvadrat metr olacaq. Beşmərtəbəli çoxfunksiyalı binada sərgi, ticarət zalı, konfrans zalı, geniş ofis, rahat otaqları olan mini-otel, hətta fitnes zalı da olacaq. Mərkəz müasir texniki sistemlər ilə təchiz ediləcək. Mərkəz birbaşa iqtisadi əlaqələrin yaradılması, tərəfdaşların tapılması, görüşlərin təşkil oluması və irazılaşmaların əldə olunması üçün əlverişli məkan olacaq.

Çıxışlardan sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov xatirə müraciətini imzalamışlar.

Sonra imzalanmış müraciət gilizə yerləşdirilərək çoxfunksiyalı Azərbaycan İş Mərkəzinin təməlinə qoyulmuşdur.


Rusiya Federasiyasının Həştərxan şəhərində çoxfunksiyalı Azərbaycan İş Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir