backend

SON DƏQİQƏ: Rusiyalı səfir ÖLDÜ - ONUN VURULDUĞU AN - CANLI YAYIM (YENİLƏNİB) - FOTO/VİDEO

SON DƏQİQƏ: Rusiyalı səfir ÖLDÜ - ONUN VURULDUĞU AN - CANLI YAYIM (YENİLƏNİB) - FOTO/VİDEO

"RİA-Novosti" agentliyi öz mənbəsinə istinadən Ankarada güllələnən səfir Andrey Karlovun öldüyünü xəbər verib.

***

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib.
Səfir ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hücumda səfirdən başqa da yaralıların olduğu bildirilir. “Hürriyyət” nəşrinin Ankara nümayəndəsinin bələdiyyə səlahiyyətlilərinə istinad edərək verdiyi xəbərə görə, silahlı sərgiyə polis vəsiqəsini göstərərək girib. Silahlı səfir çıxış edərkən əvvəlcə havaya atəş açıb, daha sonra səfiri vurub. Nəşrə danışan rusiyalı səlahiyyətlilər silahlının terrorçu olduğunu bildiriblər. Onun hələ də sərginin keçirildiyi binada olduğu deyilir.
Hazırda xüsusi hərəkat polisləri binanı mühasirəyə alıb. İçəridən 15-20 dəfə silah səsi eşidilib. Son məlumatlara görə, qarşıdurma davam edir.
Hücum zamanı içəridə təxminən 100-ə qədər adam olub. Silahlı Hələblə əlaqədar bəzi sözlər söylədikdən sonra insanlardan çölə çıxmasını istəyib. O, insanlar çölə çıxarkən səfirə atəş açıb. Silahlı səfirə atəş açarkən "biz Suriyada ölürük, siz burada öləcəksiniz" deyib. Hadisə şahidlərinin sözlərinə görə, ərəb və türk dillərində danışan silahlı içəri daxil olarkən "buradan sağ çıxmayacağam, mənə yaxınlaşmayın" deyib.

Türkiyənin daxili işlər naziri hazırda hadisə yerindədir. Bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qaynarxett.az