backend

"Hər an müharibə başlaya bilər" - Xəbərdarlıq

"Hər an müharibə başlaya bilər" - Xəbərdarlıq












"Ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək"

Qaynarxett.az xəbər verir ki, bunu azvision.az-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə təxribat törətməsinə münasibət bildirərkən deyib.

Y.Aydəmirov qeyd edib ki, Azərbaycan ordusu hər an düşmən təxribatının qarşısını almağa hazırdır: "Ermənilərin tək bir yolu qalıb. Düşmən ya haradasa təxribat törətməyə cəhd edir, ya da hansısa yaşayış məntəqəsini atəşə tutur. Buna da nail ola bilmirlər. Azərbaycan Ordusu düşmənə daha ağır zərbələr vuracaq. Ordumuz hər zaman erməni təxribatının qarşısını alır və alacaq.

İstisna deyil ki, hər an müharibə başlaya bilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün kifayət qədər hərbi texnikamız, şəxsi heyət, maddi vəsaitimiz var".

Ehtiyatda olan general bildirib ki, ermənilər özlərini sakitləşdirmək, müvəffəqiyyət qazanmaq üçün belə təxribatlara əl atırlar. Nəticədə düşmən tərəfi itki verərək geri çəkilir.