backend

Müftidən Qarabağ münaqişəsinə “HƏLL”, dünyanın sonuna 9 ay ...

Müftidən Qarabağ münaqişəsinə “HƏLL”, dünyanın sonuna 9 ay ...

Suriyanın baş müftisi Qarabağı “erməni torpağı” adlandırıb. Ağ Evi tərk etməyə hazırlaşan Barak Obama Rusiyaya son zərbəni vurmaq niyyətindədir. Türkiyə isə Əl Bab əməliyyatında ona dəstək vermək istəyən müttəfiqlərini cəzalandıra bilər. Dünyanın sonu ilə bağlı səslənən proqnozlar bir-birini əvəz edir.
Rusiya Qarabağla bağlı təxribatlara ərəb din xadimlərini cəlb edir? - XƏYANƏT SSENARİSİNİN DAVAMI
Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassoun Rusiya KİV-nə müsahibəsində mübahisəli ərazilərdən danışarkən deyib ki, Qarabağ erməni torpağıdır və burada başqa mübahisəyə ehtiyac yoxdur. Müfti bildirib ki, müstəqillik, regionun tarixi keçmişi və müharibədə “qələbə” Qarabağ xalqının əsas motivasiyasıdır.
Publika.az-a danışan Azərbaycan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə, ilahiyyatçı Elşad Miri və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Suriya müftisinin bəyanatını şərh edib.


Gündəmdə yerini saxlayan əsas hadisələrdən biri Türkiyənin İstanbul şəhərinə Yeni il gecəsi törədilən terror aktıdır. Məlumata görə, İstanbulda 27-si əcnəbi olmaqla, 39 şəxsin öldüyü "Reina" terrorundan öncə ABŞ-dan Türkiyəyə iki ayrı kəşfiyyat məlumatı verib. ABŞ-ın Türkiyəni ilk olaraq 24 dekabrda Yeni il axşamı İŞİD-in terror törədəcəyi ilə bağlı xəbərdarlıq etdiyi təsdiqlənib. Ankarada yüksək vəzifəli hökumət səlahiyyətlisi ABŞ-dan Yeni il gecəsi terror olacağıyla bağlı ikinci xəbərdarlığın gəldiyini də qeyd edib.
Hadisə ilə bağlı daha bir xəbər odur ki, “Reina” gecə klubunda qətliam törədən qırğızıstanlı terrorçunun hadisədən sonra mindiyi taksidə zəng etdiyi şəxsin kimliyi məlum olub. Türkiyənin “Vatan” nəşri xəbər verir ki,o, hücumu planlaşdıran “Yusuf Hoca” kod adlı terrorçuya zəng edib.
Türkiyə KİV-i terrorçunun ölkəyə gələndən sonar hərəkət etdiyi marşrutla bağlı detalları yazıb.

“Anadolu” agentliyinin qonağı olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yeni il gecəsi “Reina” gecə klubuna hücum edən terrorçunun kimliyinin məlum olduğunu açıqlayıb.
Mövlud Çavuşoğlu həmçinin bildirib ki, yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır. Türkiyəli nazirin sözlərinə görə, Türkiyə Azərbaycanla birlikdə Qazaxıstanla da üçlü mexanizm formalaşdırmağı düşünür.
Mövlud Çavuşoğlu Suriya ilə bağlı yeni danışıqların vaxtını açıqlayıb. O, deyib ki, Qazaxıstanın Astana şəhərində Suriya ilə bağlı danışıqların yanvarın 23-də keçirilməsi planlaşdırılır. Nazir dəqiqləşdirib ki, hazırlanan görüşün detallarının müzakirəsi üçün 9-10 yanvar tarixlərində Rusiyanın rəsmi şəxsləri Türkiyəyə səfər edəcəklər.
İstanbulda Yeni il gecəsi törədilən terror aktı ilə əlaqədar İzmirdə əməliyyat təşkil edilib. Əməliyyatda Konyadan İzmirə 20 gün əvvəl gələn və qırğızlarla uyğur türklərindən ibarət 27 nəfər saxlanılıb. Terrorçunun həyat yoldaşı ərindəndanışıb

Türkiyə Suriyada 10 minlik ordu yaradır
Türkiyə yaxın vaxtlarda Azad Suriya Ordusundan (ASO) ibarət 10 minlik ordu yaradacaq. “Yeni Şafak” nəşri yazıb ki, yeni ordu birləşmələrindən Münbic və Rakkanın azad edilməsində istifadə ediləcək.
Türkiyə isə Əl Bab əməliyyatında ona dəstək vermək istəyən müttəfiqlərini cəzalandıra bilər. Türkiyəyenin müdafiə naziri Fikri İşık jurnalistlərə açıqlamasında deyib ki, koalisiya qüvvələrinin Əl Bab əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə dəstək verməməsi düşündürücüdür.

Obama Moskvaya son zərbəni vurmağa hazırlaşır. Demokratlar və respublikaçılardan ibarət ABŞ senatorları Qrupu bu həftə Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini təqdim edəcəklər. Bunu Merilend ştatından olan demokrat senator Ben Kardin jurnalistlərə bildirib.

Obama Moskvaya son zərbəni vurmağa hazırlaşır
ABŞ senatorları Qrupu bu həftə Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini təqdim edəcəklər.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan Rusiyanı Suriyada “yandırılmış torpaq” taktikası həyata keçirməkdə ittiham edib. MKİ direktoru sözügedən taktikanın Suriyada dağıntılara və minlərlə günahsız insanın həlak olmasına gətirib çıxardığını bildirib.
Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya MKİ-nin direktorunun ittihamlarına cavab verib.
“Ümid edirik ki, ABŞ-ın “yandırılmış vicdan” siyasəti keçmişə gedəcək. Bu siyasət keçmişdə qalmalıdır. İnanmaq istəyərdik ki, bu Ağ Evin indiki administrasiyasının gedişi ilə baş verəcək. Rusiyanın Suriyada yanlış taktikası haqqında bəyanat növbəti yalandır”, - vitse-spiker jurnalistlərə deyib.
Ukraynanın şərqində Rusiyanın nizami qoşunları ixtisar edilib. Bu haqda Ukraynanın müdafiə naziri Stepan Poltorak bildirib.
Onun sözlərinə görə, işğal edilmiş rayonlarda qanunsuz silahlı birləşmələrinin təxminən 40 min üzvü var. Onlardan 5 mini Rusiya Silahlı qüvvələrinin hərbi qulluqçularıdır.
Eyni zamanda, “Facebook” səhifəsində hərbi ekspert Dmitri Sneqirev yazıb ki, Donbasda yerli döyüşçülər çoxdan vuruşmurlar:

Dünyanın sonuna 9 ay qaldı - ŞOK PROQNOZ
Dünyanın sonu ilə bağlı səslənən proqnozlar bir-birini əvəz edir. Kosmosla əlaqədar araşdırmalar aparan və “Planet X - The 2017 Arrival” kitabının müəllifi olan sui-qəsd nəzəriyyəçisi Devid Mead dünyanın sonu ilə əlaqədar maraqlı açıqlamalar verib.
O, 2017-ci ilin oktyabrında dünyanın sonunun gələ biləcəyini deyib.
Sui-qəsd nəzəriyyəçisi hesab edir ki, Yer kürəsi oktyabr ayında sirli və nəhəng bir bir göy cismi ilə toqquşa bilər. O, “Günəşin əkizi” adlandırdığı nəhəng bir ulduzun Yer kürəsinin cənub qütb nöqtələrinə doğru irəliləməkdə olduğunu bildirib.
Devidin sözlərinə görə, ulduz planetimizə doğru irəliləyən və “Planet X” də adlandırılan Nibiru da daxil olmaqla, “yeddi göy cismi”ni özü ilə gətirəcək. O hesab edir ki, Nibirunun cazibə qüvvəsi yüzlərlə il əvvəl digər planetlərin orbitlərini pozub.
Ancaq elm dünyası Nibirunun mövcudluğunu qəbul etmir. NASA tərəfindən də Nibirunun varlığı rədd edilib.
Dünyanın gələcəyi barədə daha bir proqnozu “Journal of Physics Special Topics” nəşrində dərc edilmiş məqalənin müəllifləri irəli sürüblər. Onlar hesab edir ki, zombi-apokalipsis başlanacağıcı halda təxminən 100 gün sonra bəşəriyyət əhalisinin sayı 100-200 insana qədər azalacaq.

Ömər Dağlı