150 min müəllim işini itirə bilər - Şok açıqlama » Qaynarxett.az Qaynarxett.az

150 min müəllim işini itirə bilər - Şok açıqlama

1 023

150 min müəllim işini itirə bilər - Şok açıqlama













Bildiyiniz kimi təhsil nazirinin 2015-ci il 8 iyunda ilkin olaraq Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin təmayül siniflərində 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamət üzrə yaradlması barədə əmr imzalayıb

Qeyd edim ki, təmayül siniflər həftədə 30 saat dərs keçəcəklər. Ənənənvi tədrisdən fərqli olaraq fənlərin sayı texniki fənlər təmayül siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayül siniflərdə 8, təbiət fənləri təmayül siniflərdə 10-dək azaldılıb. Rus bölməsində həftədə əlavə 2 saat "Azərbaycan dili (dövlət dili kimi)" fənninin tədrisinə ayrılır. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Bu o deməkdir ki, təmayülləşmə başa çatanda əgər hansısa ixtisa üzrə işləyən müəllim, onun məktəbində bu ixtisas üzrə təmayül sinifi olmasa işini itirə bilər.

Nəzərə alsaq ki, bu gün ölkədə 4500-ə yaxın orta ümumtəhsil məktəbi var, və bu təhsil ocaqlarında 150 min müəllim çalışır, təmayülləşmə tam başa çatandan sonra məktəblərin və müəllimlərin sayında ciddi azalma ola bilər. Mən düşünürəm ki, bu ilk növbədə regionlarda yerləşən orta məktəblərə təsie edəcək. Çünki, paytaxt Bakıdan fərqli olaraq regionlarda yerləşən kənd məktəblərində şagirdlərin sayı 100-200 arası dəyişir. Nəzərə alsaq ki, təmayül siniflərdə mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək, deməli yüzlərlə məktəbdə yetərsay müəyyən olunayacaq və nəticədə şagirdlər başqa məktəblərə gedəcəklər. Bu əlbətdəki, şagirdlərin dərsə davamiyyətinə və təhsillərini davam etdirməyə ciddi şəkildə təsir edəcək. Bilirsiz, Bakıdan fərqli olaraq, rayonlarda kəndlər arası yollar yarasız vəziyyətdədir, nəqliyyat problem var.

Hətta şagirdlər öz məktəblərinə yağış, qar yağanda gedə bilmirlər. Bundan əlavə, təhsil nazirliyi bir neçə il əvvəl göstəriş vermişdi ki, şagirdlər yaşadıqları yerə ən yaxın məktəbdə təhsillərini davam etdirməlidirlər. Təmüyülləşmədən sonra isə bu mümkün olmayacaq. Amma şagirdlərin sayı 20 olmadıqda belə sinif təşkil oluna bilər. Bəlkə məsul şəxslər bilmir, qeyd edim ki, oxuyub öyrənsinlər.

Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 19.01.2012-ci il tarixli (№10) Qərarında qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Bilirsiz, əslində təmayülləşmə təhsilə çox müstəb təsir göstərə bilər. ilk növbədə repititorluğu aradan qaldıra bilər. Şagirdlərdaha çox müəyyən etdikləri istiqamət üzrə təhsil alacaqlar ki, bud a onların ixtisaslı kadr kimi yetişməsinə kömək edəcək. Amma hesab edirəm ki, qanunvericiliyin də imkan verdiyi kimi, hətta az sayla belə olsa, hər bir şagird öz məktəbində təmayül sinifində təhsilini davam etdirməlidir. (faktor.az)

Kamran Əsədov, Təhsil eksperti