backend

Azərbaycan əsilli iş adamı Rza Zərrabın mühafizəçiləri mülki vətandaşlara hücum edib

Azərbaycan əsilli iş adamı Rza Zərrabın mühafizəçiləri mülki vətandaşlara hücum edib

qaynarxett.az xəbər verir ki, Türkiyədə yaşayan Azərbaycan əsilli Rza Zərrabın adı yenə Türkiyə mətbuatında hallanıb. Bodrumda yaxta ilə gəzmək istəyən Rza Zərraba ərazidəki vətəndaşlar “oğru var” deyə söz atıblar.

“Yaxtanı kimin pulu ilə almısan” sualına əsəbiləşən Rza Zərrab ərazidən uzaqlaşıb. R.Zərrabın mühafizəçiləri isə "oğru var" deyən qadınlardan birini vuraraq yerə yıxıblar. Başqa bir gənci isə faciəvi şəkildə döyüblər

Xatırladaq ki, Rza Zərrab Türkiyədə dekabrın 17-də başladılan anti-korrupsiya və rüşvət əməliyyatı zamanı həbs edilib və bir müddət sonra azadlığa buraxılıb.