backend

Deputat-jurnalist qalmaqalı başlayır - Ağır ittihamlar

Deputat-jurnalist qalmaqalı başlayır - Ağır ittihamlar









Deputat Fazil Mustafa jurnalist Cavid Cabbarlını İran kəşfiyyatı ilə əlaqədə suçlayıb

Politika.Az xəbər verir ki, F.Mustafa bu barədə facebook sosial şəbəkəsində olan profilində belə bir status paylaşıb:

"Daha bir erməni-fars törəmələri ilə ideya birliyində olan və kanal13 internet tv-də çalışan Cavid Cabbarlı məlum ölkənin xüsusi xidmət orqanları tərəfindən bizə qarşı kampaniyaya qoşuldu. Səhifəsində cidd-cəhdlə Naradaranda Azərbaycan dövlətinə qarşı baş verənləri dəstəkləyən bu şəxsləri tanımanız vacibdir. İran saytlarında yerləşdirilən bütün keçmiş yazılarımı məhz indi öz səhifəsinə köçürərək təqdim etməklə guya bizi ifşa edəcəyini düşünür. Narahat olmayın, bu yazılar vaxtilə o qədər dərc olunub ki, iqtidar təmsilçiləri də əzbər bilir ki, nə zaman nələri yazmışam. Bu adamlar hələ də anlamırlar ki, vəfatı etdiyi günə qədər mərhum Heydər Əliyevə qarşı ən sərt müxalifətdə olmuşam, vəfatından sonra isə onun haqqında hər hansı bir yazı yazmağı doğru hesab etməmişəm. Cavid Cabbarlının İran saytları ilə bağlılığının kanal13 internet tv-ni də əhatə etməsi barədə bir məlumatım yoxdur və bir neçə dəfə də bu kanalda müzakirələrə qatılmışam. Əgər həqiqətən də belə bir bağlılıq aşkara çıxarsa, bu kanalla da hər cür əməkdaşlığı dayandıracağam".

Qeyd edək ki, jurnalist Cavid Cabbarlı deputat Fazil Mustafanın 2003-cü ildə "Yeni Müsavat" qəzetində mərhum prezident Heydər Əliyev haqda yazdığı tənqidi yazılara münasibət bildirməsini istəyib.