backend

Ermənilər sərhəddə vəziyyəti gərginləşdirir – odsaçanlarla atəş açdılar

Ermənilər sərhəddə vəziyyəti gərginləşdirir – odsaçanlarla atəş açdılar















Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.