backend

Füzuli rayonunun qəsəbəsinə ilk dəfə təbii qaz verilib

Füzuli rayonunun qəsəbəsinə ilk dəfə təbii qaz verilib

400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İyunun 23-də Füzuli rayonunun 5-ci Zobcuq qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.

Bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin və Füzuli rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

qaynarxett.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

“400 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16264 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb”, - məlumatda deyilir.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri qəsəbəyə ilk dəfə olaraq təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.